BAKI,AzerVoice, Nailə Babazadə
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, 23-cü Doha Forumunda iştirak etmək üçün Qətərin paytaxtı Dohaya səfər edib.
AzerVoice xəbər verir ki, Forum çərçivəsində Nazir Fidan Qətər Baş Naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrahman Al-Tani ilə görüşüb.
Görüşdə iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsi, regional və beynəlxalq məsələlərdə əməkdaşlıq imkanları, habelə qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub. Rəsmi görüş zamanı həmçinin Türkiyə-Qətər əlaqələrinin daha da inkişaf etdirilməsi və iqtisadi, siyasi sahələrdə əməkdaşlıq imkanları vurğulanıb.
Nazir Fidanın Doha səfəri çərçivəsində forumda aparılacaq diskussiyalar və görüşlərin, Türkiyə-Qətər münasibətlərinə töhfə verməsi gözlənilir.