BAKI,AzerVoice, Fərid Mikayılov
İstanbul Səhiyyə İdarəsi Eyüpsultan Dövlət Xəstəxanasında IP əsaslı təhlükəsizlik kamera sisteminin quraşdırılması və yenilənməsi işləri üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 120 gün təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 17 oktyabr 2025-ci il tarixinə qədər "İstanbul İl Sağlık Müdürlüğü Kamu Hastaneleri Hizmetleri Başkanlığı-4 Satınalma Birimi 19 Mayıs Mahallesi Halaskargazi Caddesi Etfal Sokak Ana Bina 3.Kat Şişli/İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir