BAKI,AzerVoice, Fərid Mikayılov
Trabzon Böyükşəhər Bələdiyyəsi 3 milyon 600 min litr dizel və 25 min litr 95 oktan benzinin alınması üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınmağa başlanacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 11 noyabr 2025-ci il tarixinə qədər "Yalıncak Mahallesi Rize Caddesi No:10G 61030 - Ortahisar / Trabzon" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir