Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Qəzzanın yenidən qurulmasında Türkiyəyə böyük məsuliyyət düşür – Ərdoğan

    14 Oktyabr 2025 16:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şarm əl-Şeyxdə keçirilən Barış Zirvəsində bölgədə davam edən Qəzza böhranı ilə bağlı mühüm qərarların qəbul edildiyini bildirib. Prezidentin sözlərinə görə, “Şarm əl-Şeyx Barış Zirvəsi Niyyət Bəyanatı” bölgədə daimi sülhə aparan yolda yeni bir mərhələ olacaq.

    AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan, AK Partiyanın İqtisadi İşlər üzrə Təlim Proqramında çıxışı zamanı Qəzzada əldə olunan atəşkəsin bölgə üçün mühüm addım olduğunu bildirib.

    Ərdoğan qeyd edib ki, Qəzzanın yenidən ayağa qaldırılması uzun illər çəkə bilər

    “Hadisənin həm inşa, həm də ihya mərhələsi var. Burada Türkiyəyə mühüm vəzifələr düşür. İki illik ağrı, qətliam və zülmdən sonra Qəzzada atəşkəsin təmin edilməsini çox dəyərli hesab edirik. Qəzzada uşaqların üzündə az da olsa təbəssüm var, analar artıq övladlarını bomba yağacaq qorxusu olmadan küçəyə buraxa bilirlər. Bu, bizim üçün böyük xoşbəxtlikdir.” - deyə Ərdoğan qeyd edib.

    Türkiyə lideri bildirib ki, indi əsas məqsəd Fələstinin yaralarını sarmaq və Qəzzanı yenidən dirçəltməkdir.

    “İndi hamımız birlikdə Fələstinin yaralarını sarmalı, Qəzzanı yenidən ayağa qaldırmalı və qardaşlarımıza can suyu olmalıyıq. ABŞ başda olmaqla Körfəz ölkələri ilə birlikdə görüşlər keçirəcəyik, müzakirə edəcəyik və atacağımız addımları müəyyənləşdirəcəyik.”- deyə Ərdoğan vurğulayıb.

    Ərdoğan çıxışının sonunda əlavə edib ki, qarşıda hələ görüləcək çox iş var və Türkiyənin birinci prioriteti ölkədəki həyat bahalılığı problemini köklü şəkildə həll etməkdir.

    #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    12 Fevral 2026 12:34

    Ərdoğan təhqirə məruz qalan qadın bələdiyyə sədrinə dəstək verib

    11 Fevral 2026 15:48

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    11 Fevral 2026 12:26

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    11 Fevral 2026 11:29

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    10 Fevral 2026 16:28

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Marta Kos Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Prezident İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

    Abaza Mehmed Paşa kimdir? Yüksəlişdən edama gedən yol

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.