Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İran deyir ki, Trampın sülh çağırışı ABŞ-ın davranışları ilə ziddiyyət təşkil edir

    14 Oktyabr 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülh çağırışını riyakarlıq adlandıraraq, bu bəyanatın Vaşinqtonun regionda və İrana qarşı təcavüzkar hərəkətləri ilə ziddiyyət təşkil etdiyini bildirib.

    Nazirliyin çərşənbə axşamı yaydığı bəyanatda qeyd olunur ki, “Trampın sülh və dialoq istəyi, ABŞ-ın İran xalqına qarşı həyata keçirdiyi aqressiv və cinayətkar siyasətlə uyğun gəlmir”.

    Trampın İsraildəki çıxışı gərginlik yaratdı

    ABŞ Prezidenti Donald Tramp bir gün öncə İsrail parlamentində çıxışı zamanı bəyan etmişdi ki, “regionun sabitliyi üçün İran terrorçulardan əl çəkməli, qonşularına təhdidlərini dayandırmalı, silahlı qollarını maliyyələşdirməyi dayandırmalı və İsrailin mövcudluq haqqını tanımalıdır”.

    Tramp əlavə edib ki, ABŞ “İranla sülhə hazırdır.”

    İran Xarici İşlər Nazirliyinin sərt reaksiyası iyunun ortalarında İsrailin İrana qarşı başladığı və 12 gün davam edən müharibənin fonunda gəlib. İsrail hücumlar zamanı İranın bir sıra nüvə və hərbi obyektlərini, həmçinin yaşayış məntəqələrini hədəfə almışdı. Nəticədə minə yaxın insan, o cümlədən qadın və uşaqlar həlak olmuşdu.

    ABŞ bu əməliyyatlara birbaşa dəstək göstərmiş və İranın əsas nüvə obyektlərinin bombalanmasında iştirak etmişdi. Döyüşlər 24 iyun tarixində əldə edilən atəşkəslə dayandırılıb.

    İran cavab olaraq İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib, bu hücumlar nəticəsində onlarla insan həlak olub.

    Tehran: “Sülh istəyib eyni anda bombalamaq riyakarlıqdır”

    “Bir tərəf danışıqlar apararkən, eyni zamanda yaşayış məntəqələrini və nüvə obyektlərini bombalayıb minlərlə günahsız qadın və uşağı öldürürsə, necə sülh və dostluqdan danışa bilər?”-deyə İranın bəyanatında qeyd olunur.

    İran Xarici İşlər Nazirliyi Trampın açıqlamasını “məsuliyyətsiz və utandırıcı” adlandıraraq ABŞ-ı “terrorun ən böyük istehsalçısı və İsrail adlı soyqırım törədən rejimin əsas dəstəkçisi” olmaqda ittiham edib.

    Nazirlik əlavə edib ki, “ABŞ başqalarını ittiham etmək üçün mənəvi haqqa sahib deyil.”

    #İran #Donald Tramp #İran-ABŞ münasibətləri #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın iddiaları #Trampın Yaxın Şərq siyasəti #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    15 Fevral 2026 18:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37
    XƏBƏR LENTİ

    Bu gaün arxeoloq Hovard Karter firon Tutanxamunun dəfn kamerasını açıb

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.