BAKI,AzerVoice, Fərid Mikayılov
Şanlıurfa Ailə və Sosial Xidmətlər İdarəsinə tabe olan yataqxana tipli sosial müəssisələrdə 545 min 144 porsiya yeməyin paylanması xidməti üçün tender elan olunub.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti 12 ay təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 11 noyabr 2026-cı il tarixinə qədər "Osmanlı Mahallesi 3779. Sokak No:3 Eyyübiye/Şanlıurfa" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir