Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Bakı bu payız növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək

    14 Oktyabr 2025 19:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Oktyabrın 31-dən noyabrın 2-dək Bakı incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən növbəti immersiv miqyaslı tədbirə ev sahibliyi edəcək.

    AzerVoice xəbər verir ki, “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) tədbiri şəhəri müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirən əlamətdar hadisə olacaq.

    Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə təşkil olunacaq üçgünlük incəsənət festivalının ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır. O, tədbirin əhəmiyyətini belə dəyərləndirir: “Bakıya uçuş - İndi duy. Bu çağırış dinləmək, görmək, hiss etmək və təsəvvür etmək üçündür. Bu, xatirə ilə təsəvvürü, irs ilə yeniliyi, qəlblərlə ümidi birləşdirən bir körpüdür”.

    Tədbirin əsas mövzusu - suyu həyatın, yenilənmənin və davamlılığın simvolu kimi araşdırmaqla yanaşı, okean və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəltməkdir.

    Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “Fly to Baku Art Weekend. Sense the Future NOW” incəsənət festivalının açılışı olacaq. Elə həmin gün kolumbiyalı modern rəssam, heykəltaraş Fernando Boteronun sərgisi ilə yanaşı, BMT və IDEA-nın birgə təqdimatı ilə Azərbaycanın qabaqcıl rəssamlarının ekoloji məsuliyyət və davamlılıq mövzusunda əsərlərini əhatə edən “My Seas, My Oceans” adlı sərginin də açılışı olacaq.

    Tədbirdə, eyni zamanda, Nigar Sultanovanın təqdimatında əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verən “Dance Ability” qrupunun festival üçün hazırlanan immersiv tamaşası nümayiş olunacaq. Həmçinin rəsmi açılış zamanı Amerikadan əfsanəvi Cheryl "Pepsii" Riley (Şeril “Pepsii” Rayli) ilə “Interplay” qrupunun ifasında “R&B” və caz improvizasiyasının unikal qarışığından ibarət unudulmaz konsert baş tutacaq.

    Festival müddətində Bakının bir çox simvolik abidələri - Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, İçərişəhər, Şirvanşahlar Sarayı, Dənizkənarı Milli Park, Milli İncəsənət Muzeyi və şəhərimizdə fəaliyyət göstərən müxtəlif qalereyalar 40-dan çox təsviri incəsənət, performans, musiqi, poeziya və immersiv texnologiyaları əhatə edən çoxşaxəli proqramlarla canlanacaq. Məkan, xüsusi qurğular, performanslar, təhsil proqramları və icma təşəbbüsləri vasitəsilə “İncəsənət həftəsonu” layihəsi həm Azərbaycanın mədəni irsini, həm də müasir yaradıcılığının əks-sədasını ön plana çıxaracaq.

    Festivalın proqramı olduqca zəngindir. Üçgünlük tədbir müddətində xarici və yerli sənətsevərlərin diqqətinə Elvin Nəbizadənin “Sonuncu dalğa” kinetik instalyasiyası, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ədəbiyyatı, sənətkarlığı və ekologiyanı birləşdirən çoxşaxəli “Püstə ağacı: yaddaşın kökləri” layihəsi, Nigar Həsənzadənin başçılığı ilə poeziya gecələri, Firuzə Sultan-zadənin təqdimatında 3-14 yaş qrupu uşaqlar üçün incəsənətin müxtəlif sahələrini əhatə edən maraqlı, rəngarəng və faydalı məşğuliyyətlərdən ibarət xüsusi proqram, “Baku Steel Art 2025” festivalının iştirakçılarının əsərləri təqdim olunacaq. Tədbir sərgi və performanslardan əlavə, inklüziv bir platforma yaradaraq, mühazirələr, ekskursiyalar, ekoloji seminarlar və studiya ziyarətləri də təqdim edəcək.

    “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” yalnız mədəniyyət tədbiri deyil; o, keçmiş ilə gələcəyi, yerli ilə beynəlxalqı, ənənəvilik ilə yeniliyi özündə birləşdirən bir körpüdür. Tədbir bütün dünyanı Azərbaycanın yaradıcılığını ən canlı və çoxşaxəli şəkildə kəşf etməyə çağırır.

    “İncəsənət həftəsonu”nun proqramına daxil olan bəzi sərgilər oktyabrın 29-dan etibarən fəaliyyətə başlayacaq. Tədbirin ümumi planını və proqramlarını yaxın zamanda təqdim olunacaq rəsmi saytdan izləmək mümkün olacaq. Hazırda bütün sual və təkliflər üçün [email protected] ünvanına müraciət edə, buradan isə yenilikləri izləyə bilərsiniz.

    #Leyla Əliyeva #IDEA #Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy tədbiri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib

    8 Oktyabr 2025 11:31

    Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib

    3 Oktyabr 2025 15:05

    IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgidə iştirak ediblər

    23 Sentyabr 2025 09:54

    Ümumdünya Kosmos Həftəsinə sayılı günlər qaldı

    19 Sentyabr 2025 16:43

    “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır

    1 Sentyabr 2025 13:49

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər

    31 Avqust 2025 19:47

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim ediblər

    29 Avqust 2025 16:45

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıda inşa olunan körpələr evi-uşaq bağçalarının açılışında iştirak edib

    28 Avqust 2025 19:39

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib

    18 İyul 2025 19:08

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib

    17 İyul 2025 22:38

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin açılışında iştirak edib

    16 İyul 2025 23:20

    Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

    16 İyul 2025 16:44
    Demo
    XƏBƏR LENTİ

    Mehdiyev Ramiz haqqında məhkəmə qərar qəbul edib

    Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

    Peyğəmbərin vəfatına qədər vəhylər davam edib?

    İsrail razılaşmaya zidd olaraq Rəfah sərhəd qapısını açmayacaq

    İran deyir ki, Trampın sülh çağırışı ABŞ-ın davranışları ilə ziddiyyət təşkil edir

    Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb

    Bakı bu payız növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Misirə işgüzar səfəri ilə bağlı paylaşım edilib

    7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Azad edilmiş ərazilərdə yeni elektrik enerjisi stansiyaları istismara veriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.