BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin BOTAŞ şirkəti “Kahramanmaraş Branşman-2” təbii qaz boru xətti layihəsi çərçivəsində polad boru satın alınması üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məhsullar tenderin nəticələri açıqlandıqdan sonra 30 gün ərzində təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 2 oktyabr 2025-ci il tarixinə qədər "Üniversiteler Mah. 1598. Cadde Bilkent Küme Evleri BOTAŞ Genel Müdürlüğü A1-A2 Blok 06800 Bilkent - Çankaya / Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir