BAKI, AzerVoice
Kütahya Tibb Elmləri Universitetinin İnformasiya Texnologiyaları İdarəsi 120 ədəd kompüter alışı üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Kompüterlər tenderin nəticələri açıqlandıqdan sonra 40 gün ərzində təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 18 avqust 2025-ci il tarixinə qədər "Alipaşa Mahallesi Fatih Sultan Mehmet Bulvarı No:22 Merkez / Kütahya Kütahya Merkez/Kütahya" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir