Əsas səhifə » Türkiyə Bələdiyyəsi İnşaat Ləvazimatları Satın Alacaq

Türkiyə Bələdiyyəsi İnşaat Ləvazimatları Satın Alacaq

BAKI,AzerVoice

Ankara Böyükşəhər Bələdiyyəsi 13 növ inşaat ləvazimatının alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 180 gün ərzində təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 13 avqust 2025-ci il tarixinə qədər "Emniyet Mahallesi Hipodrom Cad Yenimahalle/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice