Əsas səhifə » Türkiyə Universiteti təhlükəsizlik kameraları sistemi alacaq

Türkiyə Universiteti təhlükəsizlik kameraları sistemi alacaq

BAKI, AzerVoice

Türkiyənin Yıldız Texniki Universiteti 14 ədəd təhlükəsizlik kamera sistemlərinin alınması üçün tender elan edib

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Kamera sistemləri tenderin nəticələri açıqlandıqdan sonra 60 gün ərzində təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 11 avqust 2025-ci il tarixinə qədər "YTÜ Davutpaşa Kampüsü Davutpaşa Esenler/İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice