Əsas səhifə » Türkiyə Xəstəxanası Tibbi Cihaz Satın Alacaq

Türkiyə Xəstəxanası Tibbi Cihaz Satın Alacaq

BAKI,AzerVoice

Türkiyənin Hacettepe Universitetinə bağlı Erişkin Xəstəxanası, 1 ədəd Spect-BT hibrid görüntüləmə sisteminin satın alınması məqsədilə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Cihaz tenderin nəticələri açıqlandıqdan sonra 45 gün ərzində təhvil alınacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 18 avqust 2025-ci il tarixinə qədər "Adnan Saygun Cd. 06100 Altındağ/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice