BAKI,AzerVoice
Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul Millət vəkili Sırrı Süreyya Öndər, müalicəsinin 18-ci günündə çoxlu orqan çatışmazlığı səbəbindən vəfat edib.
AzerVoice xəbər verir ki, İstanbul Florence Nightingale Xəstəxanasından verilən açıqlamada, Öndərin 15 aprel tarixində saat 22:41-də şüuru bağlı, tənəffüs və ürək dayanması vəziyyətində, ürək-ağciyər masajı ilə təcili yardım maşını ilə xəstəxanaya gətirildiyi bildirilib.
Önderə “Aort Diseksiyası” diaqnozu ilə dərhal Bentall əməliyyatı (aort qapağının və çıxan aortanın dəyişdirilməsi) və tək damar bypass əməliyyatı aparılıb.
“Sırrı Süreyya Öndər, müalicəsinin 18-ci günündə, bu gün saat 16:10-da çoxlu orqan çatışmazlığı səbəbindən vəfat etmişdir. Başda ailəsi olmaqla, bütün sevdiklərinin başı sağ olsun” – deyə xəstəxanadan bildirilib.