Əsas səhifə » Allahın ilk olaraq yaratdığı şey nə idi?

Allahın ilk olaraq yaratdığı şey nə idi?

BAKI,AzerVoice

İslam inancına görə, Allah-Təala insanlığın atası Hz. Adəmi yaratmışdır. Adəm (əleyhissəlam) yaradıldıqdan sonra başını qaldıraraq Ərş-i Alada parlaq bir nur və bu nurun içində yazılmış bir ad gördü: "Əhməd."

Maraqlanaraq soruşdu:

— "Ey Rəbbim, bu kimdir?"

Allah-Təala cavab verdi:

— “Bu, sənin nəslindən bir peyğəmbərin nurudur. Onun adı göylərdə Əhməd, yer üzündə isə Məhəmməddir. Əgər O olmasaydı, səni də yaratmazdım.”

Bu həqiqət, İslam inancında çox böyük məna daşıyır və Allah Rəsulu (s.ə.v) da bu gerçəyi özü də təsdiqləmişdir.

Bir gün səhabələrdən Abdullah ibn Cabir (rəzəllahu anh) belə bir sual verdi:

— “Ya Rəsulullah! Mənə Allahın hər şeydən əvvəl yaratdığı şeyi söyləyərsənmi?”

Peyğəmbərimiz (s.ə.v) buyurdu:

— “Allah hər şeydən əvvəl sənin Peyğəmbərinin nurunu, Öz nurundan yaratdı. O nur Allahın qüdrəti ilə hərəkət edirdi. O zaman nə Lövhi-Məhfuz vardı, nə Qələm, nə Cənnət, nə Cəhənnəm, nə mələklər, nə göy, nə yer, nə günəş, nə ay, nə də insan və cinlər vardı.”
(Kastalanî, Mevahibü’l-Ledünniyə, 1/7)

Bu nur, əvvəlcə bütün göyləri bürüdü, sonra Hz. Adəmin alınında parladı. Daha sonra nəsil boyunca peyğəmbərlərə ötürülərək Hz. İbrahimə (ə.s), oradan isə oğlu Hz. İsmayılın (ə.s) nəsli ilə davam edərək Hz. Məhəmməd Mustafaya (s.ə.v) qədər gəlib çatdı.

Digər Kateqoriyalar

2025 © Azervoice