BAKI, AzerVoice
Çində güclü yağışlar daşqına səbəb olub– 18 min insan təxliyə edilib.
AzerVoice xəbər verir ki, Çinin
Syanfenq şəhərində yağan intensiv yağışlar nəticəsində daşqınlar
baş verib, nəticədə minlərlə insan yaşadığı əraziləri tərk etməyə
məcbur olub.
Yerli hakimiyyət orqanlarının açıqlamasına görə, 18 min nəfər
təhlükəsiz zonalara təxliyə edilib.
Daşqınlar avtomobil yollarını və yaşayış binalarını su altında qoyub, ictimai nəqliyyat və təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Səlahiyyətlilər təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və fövqəladə xidmətlərin bölgədə fəaliyyət göstərdiyini bildiriblər.
Ölkənin mərkəzində yerləşən Henan əyalətində baş verən daşqın nəticəsində azı 3 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb. Axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, ötən həftə Çinin cənub-qərbində yerləşən Quizhou əyalətinin Ronjiang bölgəsi 4 gün ərzində iki güclü daşqınla qarşılaşıb. Orada 6 nəfər həlak olub, on minlərlə insan evakuasiya edilib. Bu bölgədə iyun ayı ərzində yağıntı normadan iki dəfə artıq qeydə alınıb.
Onu da qeyd edək ki, Çində son illərdə iqlim dəyişikliyi fonunda ekstremal hava hadisələrinin artması müşahidə olunur. Yağıntıların miqdarının kəskin şəkildə artması daşqın riskini daha da artırıb və infrastrukturun dayanıqlılığına ciddi zərbə vurub.