Əsas səhifə » Taksimə giriş birgünlük məhdudlaşdırılıb

Taksimə giriş birgünlük məhdudlaşdırılıb

BAKI, AzerVoice

İstanbulun mərkəzində yerləşən Taksim Meydanına və ətraf ərazilərə giriş bu gün – 1 iyul tarixində məhdudlaşdırılıb.

AzerVoice xəbər verir ki, Beyoğlu Rayon Qubernatorluğu tərəfindən yayılan rəsmi açıqlamada, bütün açıq məkanlarda keçiriləcək toplantı, yürüş, oturma aksiyası, bildiri paylanması və mətbuat açıqlamalarının 24 saat müddətinə qadağan edildiyi bildirilib.

Açıqlamaya görə, sosial şəbəkələrdə bu gün üçün müxtəlif çağırışların yayıldığı müəyyən edilib və bu çağırışların ictimai asayişi və cəmiyyətin sabitliyini poza biləcəyi ehtimalı nəzərə alınaraq, tədbir görülüb.

Taksim, Gezi Parkı və İstiqlal küçəsi nəqliyyat və piyada hərəkətinə bağlanır

Qərara əsasən, Taksim Meydanı və Cumhuriyyət Abidəsi dəmir baryerlərlə tam mühafizə altına alınacaq,Gezi Parkı, İstiqlal küçəsi və Galatasaray Meydanına qədər uzanan bütün küçələr həm nəqliyyat, həm də piyada hərəkəti üçün müvəqqəti olaraq bağlanacaq. Eyni zamanda zərurət yaranarsa, bu ərazilərdə nəzarətli keçid rejimi tətbiq olunmaqla yanası, gün ərzində gözlənilən potensial aksiyalar nəzərə alınaraq, rayonun digər hissələrində də əlavə məhdudiyyətlər qoyula bilər.

Rəsmi qurumlar ictimai təhlükəsizliyi qorumaq məqsədilə bu qərarın alındığını bildirir və vətəndaşlara qaydalara riayət etməyi, çağırışlara uymamağı tövsiyə edir.

Digər Kateqoriyalar

2025 © Azervoice