Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Fənərbaxçadan ayrılan Dusan Tadiç BƏƏ-yə transfer olub

    8 Avqust 2025 17:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Ərəb Əmirlikləri klubu Əl Vahda, 2024–25 mövsümünün sonunda Fənərbaxça ilə yollarını ayıran 36 yaşlı Dusan Tadiç-i heyətinə qatıb.

    AzerVoice xəbər verir ki,Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Əl Vahda, yeni mövsüm öncəsi Fənərbaxça ilə yollarını ayıran 36 yaşlı serbiyalı futbolçu Dusan Tadiçin transfer olunduğunu açıqlayıb.

    Futbola vətəninin Voyvodina komandasında başlayan serbiyalı oyunçu, 2010-cu ildə Qroningen klubuna transfer olub. Hollandiya klubunda 2 mövsümdə 76 oyuna çıxaraq 14 qol vuran Tadiç, 2012-ci ilin yayında Tventeyə keçib. Burada oynadığı 85 oyunda 32 qol və 30 assistlə diqqət çəkən təcrübəli futbolçu, 2014–15 mövsümü öncəsi 14 milyon avroya Premyer Liqanın yolunu tutub.

    Southampton ilə 4 mövsümdə 162 oyuna çıxan Tadiç, 23 qol vurub və 32 məhsuldar ötürmə verib.

    Dusan Tadiç, 2018-ci ilin yayında təxminən 14 milyon avro qarşılığında yenidən Eredivisieyə qayıdaraq Ayaksa transfer olunub. Paytaxt təmsilçisi ilə keçirdiyi 5 mövsümdə 241 oyunda 105 qol və 108 assistlə çıxış edib.

    2018–19 mövsümündə Eredivisie-də qol kralı olan Tadiç, 2018–19, 2020–21 və 2021–22 mövsümlərində Ayaks ilə çempionluq yaşayıb. Bundan əlavə, 5 illik Ayaks karyerasında 2 dəfə Hollandiya Kuboku, 1 dəfə isə Hollandiya Superkuboku qazanıb.

    2023–24 mövsümü öncəsi azad agent kimi Fənərbaxçaya keçən təcrübəli futbolçu, sarı-lacivərtli forma ilə 109 oyunda iştirak edib. Tadiç ilk mövsümündə 16 qol və 16 assistlə oynayıb, Fənərbaxçadakı son ilində isə 53 oyunda 13 qol və 16 məhsuldar ötürmə ilə çıxış edib.


    #BƏƏ #Fenerbahçe #transfer #Transfer Xəbərləri #Əl Vahda #Dusan Tadiç
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    İstanbulda Qəzza zirvə görüşü başa çatıb

    3 Noyabr 2025 20:25

    Türkiyənin təşəbbüsü ilə Qəzza üzrə beynəlxalq toplantı başlayıb

    3 Noyabr 2025 16:19

    AZPROMO Ümumdünya İnvestisiya Konfransı və Şarja İnvestisiya Forumunda iştirak edib

    3 Noyabr 2025 11:23

    Çelsi Kənan Yıldızı heyətinə qatmaq üçün 90 milyon avro təklif etməyə hazırlaşır

    31 Oktyabr 2025 10:20

    “Sarsılmaz Tərəfdaşlıq-2025” XTQ təlimi uğurla yekunlaşdı

    30 Oktyabr 2025 19:22

    Baş nazir Əli Əsədov BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb

    30 Oktyabr 2025 19:16

    İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib

    28 Oktyabr 2025 21:41

    Türkiyə ilə münasibətlər düşmənçiliyə çevrilib – İsrail

    28 Oktyabr 2025 04:00

    İsrail Qəzzədə mövcudluğunu qəbul etmədiyi beynəlxalq qüvvələri özü müəyyən edəcək

    26 Oktyabr 2025 16:13

    Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

    17 Oktyabr 2025 15:21

    BƏƏ Türkiyəyə 1 milyard dollarlıq investisiya qoyacaq

    15 Oktyabr 2025 02:00
    Demo
    XƏBƏR LENTİ

    Sudan bu gün bizə ehtiyac duyur - sabah gec ola bilər

    Türkiyənin sement ixracı 14 milyard dolları keçib (ÖZƏL)

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    Şuşada Zəfər Gününün 5 illiyi münasibətilə hərbi yürüş keçirilib

    Türkiyənin hazır geyim ixracı 14 milyard dolları keçib (ÖZƏL)

    Xankəndidə Zəfər Gününə həsr olunan hərbi yürüş keçirilib

    “QatarEnergy” Surinamda fəaliyyətini genişləndirir – iki yeni kəşfiyyat və hasilat sazişi imzalandı

    Şeyxa Moza BMT Baş katibinin müavini ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.