Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Baş nazir Əli Əsədov BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb

    30 Oktyabr 2025 19:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 30-da Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb.

    AzerVoice xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyi qeyd edilib.

    Cari ilin sentyabr ayında “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”nin imzalanması ilə Azərbaycan-BƏƏ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.

    İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

    Parlamentlərarası münasibətlərə də toxunularaq, parlament səviyyəsində qarşılıqlı səfərlərin və hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının hərtərəfli əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib.

    Görüşdə Azərbaycan ilə BƏƏ arasında ticarət-iqtisadi, investisiya, bərpaolunan enerji, neft-qaz, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.

    Baş nazir Əli Əsədov BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb
    Baş nazir Əli Əsədov BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb
    #BƏƏ #Əli Əsədov #Şeyx Məhəmməd bin Zayed Al Nəhya #Saqr Qobaş #Azərbaycan-BƏƏ münasibətləri #Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Sarsılmaz Tərəfdaşlıq-2025” XTQ təlimi uğurla yekunlaşdı

    30 Oktyabr 2025 19:22

    İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib

    28 Oktyabr 2025 21:41

    Türkiyə ilə münasibətlər düşmənçiliyə çevrilib – İsrail

    28 Oktyabr 2025 04:00

    İsrail Qəzzədə mövcudluğunu qəbul etmədiyi beynəlxalq qüvvələri özü müəyyən edəcək

    26 Oktyabr 2025 16:13

    Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb

    22 Oktyabr 2025 14:18

    Azərbaycan-Ermənistan sülh sazişi demək olar ki, hazırdır - Baş nazir

    22 Oktyabr 2025 11:46

    Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə daşımalar üçün vahid uzunmüddətli tarif tətbiq edəcəklər

    22 Oktyabr 2025 10:43

    Baş nazir Əli Əsədov Gürcüstana işgüzar səfərə gəlib

    21 Oktyabr 2025 22:55

    Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

    17 Oktyabr 2025 15:21

    BƏƏ Türkiyəyə 1 milyard dollarlıq investisiya qoyacaq

    15 Oktyabr 2025 02:00

    İsrail atəşkəsi pozub

    14 Oktyabr 2025 23:15

    İndoneziya sülhü dəstəkləmək üçün Qəzzaya qoşun göndərməyə hazırdır - Vens

    12 Oktyabr 2025 21:38
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 31 oktyabr

    Zəfər xronikası. 31 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib

    44 günlük Vətən müharibəsinin xronikası: 31 oktyabr

    Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

    “Art Weekend” təqdim edir: “Şeh. Olmayan Səhər” sərgisi

    Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

    Ceyhun Bayramov UNESCO Baş Konfransının 43-cü sessiyasının açılış mərasimində iştirak edir

    İstanbul Sənaye Palatası MÜSİAD Azərbaycanla əməkdaşlıq danışıqları aparıb

    Ərdoğan Almaniya kanslerinin İsraili müdafiə etməsinə etiraz edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.