Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    “QatarEnergy” Surinamda fəaliyyətini genişləndirir – iki yeni kəşfiyyat və hasilat sazişi imzalandı

    6 Noyabr 2025 10:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    “QatarEnergy” şirkəti çərşənbə günü Surinam sahillərində yerləşən 9 və 10 nömrəli dəniz bloklarında hasilatın pay bölgüsü üzrə iki yeni müqavilə imzalayıb. Şirkət bu sahələrdə kəşfiyyat hüquqlarını iyun ayında keçirilən tender mərhələsində qazanmışdı.

    AzerVoice xəbər verir ki, müqavilələrə əsasən, 9-cu blokda “QatarEnergy” 20% paya sahib olacaq. Blokun operatoru olan “Petronas Suriname” 30%, “Chevron” 20%, Surinamın milli neft şirkəti “Staatsolie”nin törəməsi Paradise Oil isə 30% paya malikdir.

    10-cu blokda isə “QatarEnergy”nin payı 30% təşkil edir. Digər tərəflərin pay bölgüsü belədir:

    Chevron (operator) – 30%, Petronas Suriname – 30%, Paradise Oil – 10%

    Qətərin energetika üzrə dövlət naziri, “QatarEnergy”nin baş icraçı direktoru mühəndis Səad bin Şeridə əl-Kaabi sazişləri şərh edərək bildirib:

    “Bu iki yeni müqavilənin imzalanmasından məmnunuq. Bununla Surinamda iştirakımızın olduğu dəniz bloklarının sayı 7-yə çatır və bu da ölkənin perspektivli hövzələrində daha geniş kəşfiyyat imkanları yaradır.”
    O əlavə edib ki, “Chevron”, “Petronas Suriname” və “Staatsolie” ilə əməkdaşlıqdan məmnundurlar və birgə fəaliyyətin davam etdirilməsinə ümid edirlər.

    9 və 10-cu dəniz blokları Surinam sahillərində, suyun dərinliyi 50 metrə çatan ərazilərdə yerləşir və son vaxtlar bölgədə aparılan uğurlu kəşfiyyatlar həmin hövzənin böyük potensiala malik olduğunu göstərib.

    Qeyd edək ki, “QatarEnergy” 2024–2025-ci illər ərzində Misir, Namibiya, Əlcəzair və Konqoda yeni layihələrə qoşulmaqla beynəlxalq genişlənməsini davam etdirib və qlobal miqyasda kəşfiyyat və hasilat sahəsində əsas tərəfdaşlardan birinə çevrilməkdədir.

    #neft #Qətər #neft-qaz #neft məhsulları #neft tankeri #Neft qiyməti #neft hasilatı #QatarEnergy
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Qətərə hazır geyim ixracı 34 milyon dolları keçib (ÖZƏL)

    25 Dekabr 2025 16:06

    Türkiyədən Qətərə kimyəvi maddə ixracı 49 milyon dolları keçib (ÖZƏL)

    21 Dekabr 2025 14:00

    ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

    21 Dekabr 2025 13:12

    Türkiyə, ABŞ, Qətər və Misir Miami-də Qəzza üzrə görüş keçirib

    20 Dekabr 2025 16:16

    Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib

    20 Dekabr 2025 15:37

    Kral Salman Qətərin FIFA Ərəb Kuboku 2025-dəki uğurunu təbrik edib

    20 Dekabr 2025 14:09

    Türkiyədən İsrail və Yunanıstana F‑35 xəbərdarlığı

    20 Dekabr 2025 13:08

    Prezident İlham Əliyev: İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir

    18 Dekabr 2025 11:59

    Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu ünvanlayıb

    18 Dekabr 2025 11:55

    Movasalat Qətərdə ilk RoboTaxi xidmətini istifadəyə verib

    16 Dekabr 2025 11:41

    Türkiyədən Qətərə polad ixracı azalıb (ÖZƏL)

    15 Dekabr 2025 16:14

    “Laçın” tankeri ilə daşınan yük 225 min tonu ötüb

    13 Dekabr 2025 10:19
    Demo
    XƏBƏR LENTİ

    Avstriyada Qəzzaya dəstək məqsədilə xeyriyyə yarmarkası keçirilib

    ABŞ mediasında Türkiyənin F-35 proqramı ilə bağlı yanaşma: geosiyasi balans və təhlükəsizlik narahatlıqları

    Tarixdə bu gün – 26 Dekabr

    Qəzzada silahlı qrup sakinləri silah hədəsi ilə evlərindən çıxarıb

    Türkiyə Qızıl Aypara Cəmiyyəti Kərkükdə daşqından zərər çəkənlərə ərzaq yardımı edib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

    Ərdoğan Sudanın Suveren Şurasının sədri ilə Ankarada görüşüb

    Ramzan Kadırov Prezident İlham Əliyevi təbrik edib

    İsrail Livanda İranın Qüds Qüvvələrinə bağlı əməliyyatçının öldürüldüyünü açıqlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.