Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Cengiz Ünder Beşiktaş formasını geyinəcək

    8 Sentyabr 2025 11:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin tanınmış klublarından Fənərbaxça, 28 yaşlı cinah oyunçusu Cengiz Ünderin satın alma opsiyası ilə Beşiktaş klubuna icarəyə verildiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, Fənərbaxça klubunun yaydığı rəsmi məlumatda transferin mövsüm sonuna qədər keçərli olduğu bildirilib.

    Cengiz Ünder peşəkar futbol karyerasına Altınordu klubunun altyapısında başlayıb. 2016-17 mövsümündə İstanbul Başakşəhərə transfer olunan oyunçu, burada keçirdiyi 43 qarşılaşmada 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bu uğurlu çıxışın ardından o, təxminən 14 milyon avroya İtaliyanın Roma klubuna transfer olunub.

    Roma ilə keçirdiyi üç mövsüm ərzində Cengiz Ünder 88 oyunda meydana çıxaraq 17 dəfə rəqib qapılarına yol tapıb. 2020-21 mövsümündə Premyer Liqa təmsilçisi Leicester City-yə icarəyə verilən futbolçu burada 19 matçda 2 qol və 5 asistlə çıxış edib.

    Bir il sonra Fransanın Marsel klubuna keçən Cengiz, əvvəlcə icarə əsasında, daha sonra isə 11.4 milyon avroya bu kluba transfer olunub. Marsel forması ilə ümumilikdə 46 oyuna çıxan futbolçu, 5 qol və 4 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

    2023-24 mövsümündə Fənərbaxçaya transfer olunan Cengiz Ünder, sarı-mavili formanı 33 dəfə geyinib, 9 qol vurub və 2 məhsuldar ötürmə verib. Növbəti mövsümdə isə ABŞ-ın MLS liqasında mübarizə aparan Los Angeles klubuna icarəyə göndərilib. Burada keçirdiyi 16 oyunda 2 qolla yadda qalıb.

    Hazırda Beşiktaş heyətinə qoşulan Cengiz Ünderin İstanbul təmsilçisindəki çıxışı maraqla gözlənilir.

    #Fənərbağça #Beşiktaş #Fənərbaxça klub maliyyəsi #Transfer Xəbərləri #Beşiktaş transfer xəbərləri #Cengiz Ünder
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fənərbaxça bu gün Eyüpsporun qonağı olacaq

    20 Dekabr 2025 14:55

    Super Liqa 16-cı tur: Fənərbağça Konyasporu qəbul edir

    15 Dekabr 2025 11:13

    Fənərbaxça Branna qarşı

    11 Dekabr 2025 09:39

    "Beşiktaş" "Çelsi"nin müdafiəçisini transfer etmək istəyir

    6 Dekabr 2025 16:18

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    6 Dekabr 2025 13:10

    Qalatasaray və Fənərbaxça futbolçuları mərclik qalmaqalında saxlanılıb

    5 Dekabr 2025 13:30

    Fənərbaxça-Qalatasaray oyununda futbolçuya alışqan atan azarkeş həbs olunub

    3 Dekabr 2025 16:21

    Fənərbaxça–Qalatasaray derbisi: Liderlik uğrunda həlledici qarşılaşma

    1 Dekabr 2025 09:35

    Trabzonspor Konyasporu qarşı

    29 Noyabr 2025 10:26

    Fənərbaxça Ferentsvaroşa qarşı

    27 Noyabr 2025 09:49

    Trabzonspor Alanyasporu qəbul edir

    8 Noyabr 2025 10:49

    Fənərbaxça Avropa Liqasında səfərdə Viktoriya Plzenlə qarşılaşacaq

    6 Noyabr 2025 10:24
    Demo
    XƏBƏR LENTİ

    "Fənərbaxça"nın futbolçusuna İngiltərədən təklif

    Polşada iki hava limanı fəaliyyətini bərpa edib

    2025-ci ildə süni intellekt səhiyyə xidmətlərini necə dəyişdi?

    Səudiyyə Ərəbistanı Yəməndən olan separatçıları mövqelərini tərk etməyə çağırıb

    ABŞ, İranlı gənclərin cəsarəti qarşısında məğlub oldu - Xamenei

    Hakan Fidan, 2025-də 240 ikitərəfli görüş keçirdi

    184 nömrəli marşrutda ekoloji təmiz avtobuslar sərnişinlərin ixtiyarına verilir

    Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb

    Sosial adaptasiya məqsədli məşğulluq tədbirləri bu il də davam etdirilib

    Türkiyədən Türkmənistana hazır geyim ixracı 172 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.