Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Taliban deyir ki, Tramp yolagediləsi adamdır

    14 Sentyabr 2025 18:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    “Taliban” hərəkatı bildirib ki, təşkilat şənbə günü ABŞ prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə Əfqanıstan və Amerika arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edib. Ağ Ev görüş barədə rəsmi açıqlama yaymayıb və şərh verməkdən imtina edib.

    Talibanın bəyanatına görə, xarici işlər naziri Əmir Xan Müttəqi Trampın xüsusi girov məsələləri üzrə elçisi Adam Böhler və ABŞ-ın digər nümayəndəsi Zalmay Xəlilzadla görüşüb. Görüşdən fotolar da yayımlanıb.

    Bəyanatda qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin inkişafı, vətəndaşlarla bağlı məsələlər və Əfqanıstana investisiya imkanlarını müzakirə ediblər. ABŞ tərəfi həmçinin ötən ay ölkənin şərqini silkələyən zəlzələ qurbanları ilə bağlı başsağlığı verib.

    Görüş, Talibanın amerikalı turist Corc Qlizmanı azad etməsindən sonra baş tutub. Bu, Tramp hakimiyyətə gəldikdən sonra hərəkatın sərbəst buraxdığı üçüncü ABŞ vətəndaşıdır.

    Eyni zamanda, Taliban Trampın yeni səyahət qadağasını – Əfqanıstan vətəndaşlarının ABŞ-a girişini yasaqlayan qərarını kəskin tənqid etmişdi.

    Hərəkatın açıqlamasında qeyd olunub ki, tərəflər məhbus mübadiləsi barədə də razılığa gəliblər. Lakin nə say, nə də məhbusların kimliyi barədə detallı məlumat verilməyib.

    #ABŞ #Donald Tramp #Əfqanıstan #Taliban #Ağ Ev #Trampın siyasətləri #Tramp administrasiyası #Əmir Xan Müttəqi #Corc Qlizman #Corc Qlizmanın azad edilməsi #ABŞ-Taliban münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59
    XƏBƏR LENTİ

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı

    Türkiyə limanları ilə 2 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    Yanvarda Türkiyənin Özbəkistana xalça ixracında kəskin artım (ÖZƏL)

    Prezident İlham Əliyev: Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir

    Prezident İlham Əliyev Gitanas Nausedanı təbrik edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.