Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Fermin Lopez Çelsinin transfer təklifini rədd etdi, Barselonada qalır

    11 Sentyabr 2025 12:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice,Fərid Mikayılov

    Barselona, öz yetirməsi olan 22 yaşlı Fermin Lopezi Çelsidən gələn cazibədar təklifə baxmayaraq komandada saxlaya bilib.

    AzerVoice xəbər verir ki, Çelsi Lopezi transfer etmək istəyib, lakin Barselonanın 90 milyon avroluq qiymətini ödəməyə yanaşmayıb.

    Futbolçu isə az oyun vaxtı almasına görə narahat olduğunu baş məşqçi Hansi Fliklə bölüşüb. Flik Lopezin bacarığını qəbul etsə də, ulduzlarla dolu heyətdə ona müntəzəm oynamağa zəmanət verə bilməyib.

    Buna baxmayaraq, alman mütəxəssis gənc oyunçunun komandanın planlarında yer aldığını vurğulayıb.

    Lopez daha sonra idman direktoru Deco ilə görüşüb. Deco, yalnız 90 milyon avroluq rəsmi təklif gəldiyi halda transferə icazə veriləcəyini bildirib. Bu arada, Lopezin komanda yoldaşları — qapıçı Ter Şteqen, müdafiəçi Arauxo və hücumçu Rafinya — onun qalması üçün təşviq ediblər. Bu dəstək gənc futbolçunun qərarında mühüm rol oynayıb.

    La Masiya akademiyasının yetirməsi olan Lopez, müsahibəsində “Barselona həmişə mənim prioritetim olub. Əsas heyətdə özümü təsdiq etmək uşaqlıq arzumdur” sözlərini deyib.

    Milli komandadan qayıdan Lopez, qarşıdakı həftədə Flikin rəhbərliyi altında sıx oyun marafonuna qoşulacaq. Villarreal, Nyukasl və Xetafe ilə qarşılaşmalar ərəfəsində Qavi və Frenki de Yonqun zədələri, onun daha çox şans qazanmasına imkan yarada bilər.

    #İspaniya #İngiltərə #İngiltərə Premyer Liqası #Çelsi #İspaniya La Liqası #Hansi Flik #Transfer Xəbərləri #Barselona #Fermin Lopez
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fənərbaxça qapıçı mövqeyini Mert Günok ilə gücləndirməyi planlaşdırır

    29 Dekabr 2025 13:32

    Hans-Diter Flik “Barselona”da daha bir mövsüm qala bilər

    25 Dekabr 2025 09:18

    "Mançester Yunayted" "Aston Villa"ya uduzub - İngiltərə Premyer Liqası

    21 Dekabr 2025 22:42

    “Mançester Yunayted” Kenan Yıldızın transferində qərarlıdır

    20 Dekabr 2025 13:02

    "Arsenal"ın ən çox qazanan futbolçusu olacaq

    20 Dekabr 2025 09:23

    Harri Keyn Levandovskinin Bundesliqa rekordunu qıra bilər

    16 Dekabr 2025 11:57

    “Barselona” Yulian Ruersonun transferində maraqlıdır

    16 Dekabr 2025 09:15

    Mançester Yunayted rekord borcla üzləşib

    13 Dekabr 2025 16:37

    La Liqada ən bahalı futbolçuların adı məlum olub

    13 Dekabr 2025 14:41

    Mbappe, Holand və Yamal dünyanın ən bahalı futbolçuları siyahısında

    13 Dekabr 2025 09:33

    İngiltərədə 382 mindən çox insan evsizdir

    12 Dekabr 2025 15:44

    "Beşiktaş" "Çelsi"nin müdafiəçisini transfer etmək istəyir

    6 Dekabr 2025 16:18
    Demo
    XƏBƏR LENTİ

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə iştirak ediblər

    Rusiyadan Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    Almaniyanın silah və hərbi texnika ixracı 2025-ci ildə azalıb

    Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tariflər müzakirə edilib

    Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsini təsdiqlənib

    İcbari Tibbi Sığorta Fondunun 2026-cı il büdcəsi təsdiqlənib

    İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi təsdiqlənib

    Gələn il yaşayış minimumu 300 manat olacaq

    Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

    Türkiyədən Qazaxıstana tekstil ixracı artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.