BAKI, AzerVoice
İtaliyanın A Seriyası çempionu Napoli yay transfer planlarını yenidən qurub.
AzerVoice xəbər verir ki, klub, Atalantanın hücumçusu Ademola Lookmanın təkliflərini qəbul etməməsindən sonra diqqətini Mançester Sitidən Cek Qriliş və Liverpuldan Federiko Kyezaya yönəldib.
Hər iki futbolçu öz klublarında məhdud oyun vaxtı ilə üzləşdiyindən yay transferi zamanı ayrılmaq niyyətindədir. Qriliş 2021-ci ildə 100 milyon avroya Sitiyə transfer olunmasına baxmayaraq, bu mövsüm əsas heyətə daxil ola bilməyib.
Federiko Kyeza isə ötən yay Liverpulla 2028-ci ilədək müqavilə imzalamışdı. Buna baxmayaraq, italyan hücumçu cari mövsümdə yalnız 14 oyunda iştirak edib və ümumilikdə 466 dəqiqə meydanda olub. Kyezanın yayda yeni kluba keçmək, əsas məqsədlərindən biridir.
Antonio Kontenin rəhbərliyi ilə heyətini yenidən formalaşdıran Napoli yaxın günlərdə heyətini gücləndirmək məqsədilə bu iki oyunçudan birini transfer etməyə çalışacaq. Klub artıq Kevin De Bruynenin transferini reallaşdırıb və indi cinah mövqelərində keyfiyyətli seçimlər axtarır.