Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Britaniyada İsrail prezidentinin həbsi üçün məhkəməyə müraciət edilib

    10 Sentyabr 2025 03:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Böyük Britaniyada Fələstin tərəfdarı qruplardan olan “Əl-Əqsa Dostları” İsrail prezidenti İsxaq Hersoq barəsində həbs qərarı çıxarılması üçün məhkəməyə müraciət edib.

    AzerVoice xəbər verir ki, bu barədə təşkilatın sədri İsmayıl Patel açıqlama verib.

    O, Hersoqun Qəzzadakı mülki şəxslərə qarşı həyata keçirilən hücumları təşviq etməkdə ittiham olunduğunu və bu səbəbdən cinayət işi prosesi başladıldığını bildirib.

    Patel qeyd edib ki, Baş prokurorluğa Hersoq haqqında həbs qərarı çıxarılması üçün müraciət edilib. Onun sözlərinə görə, müraciət və ittihamlar Hersoqun 2023-cü ilin 12 və 15 oktyabr tarixlərində verdiyi iki açıqlamaya əsaslanır. Qəzzadakı mülki şəxslərə və obyektlərə qarşı edilən hücumlarla bağlı olan bu açıqlamaların bəzi hissələri İsrailin hərbi rəsmiləri tərəfindən dəfələrlə təkrar olunub.

    “İngilis siyasətçiləri fələstinliləri müdafiə etməkdə və hüquqa sadiqlik göstərməkdə uğursuz oldular. Məhkəmələrin indi siyasətçilərin bacarmadığı bir məsələyə müdaxilə etmək imkanı var. İngiltərə hüquq-mühafizə orqanlarının Hersoqu həbs etməsi üçün müraciət etdik. Rütbəsindən asılı olmayaraq hər bir rəhbər mülki şəxslərə qarşı hücumlara görə cavab verməlidir. Bu cür ağır cinayətlərdə, Beynəlxalq Cinayət Məhkəməsinin də qeyd etdiyi kimi, toxunulmazlıq yoxdur” - deyə Patel, Hersoqun bütün fələstinliləri hədəf alan açıqlamalarını xatırladaraq bildirib.

    Qeyd edək ki, Hersoq 10–12 sentyabr tarixlərində Böyük Britaniyada rəsmi görüşlər keçirəcək.

    #Qəzza #İsrail #Qəzza zolağı #Böyük Britaniya #İngiltərə #İsaaq Hersoq #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #həbs #həbs qərarı #həbs orderi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    25 Oktyabr 2025 16:23

    Ərdoğan: Qətər və Oman ilə Eurofighter təyyarələrinin alınması danışıqları müsbət istiqamətdə gedir

    25 Oktyabr 2025 02:00

    Türkiyə sabiq MİT əməkdaşını Suriyaya səfir təyin edib

    25 Oktyabr 2025 01:00

    Türkiyə, İordaniya və Misir Qəzzaya yardım və atəşkəs addımlarını müzakirə edib

    24 Oktyabr 2025 16:53

    Qəzzada HƏMAS idarəçilikdə yer ala bilməz - Rubio

    24 Oktyabr 2025 15:16

    Qərb Sahilinin ilhaqı beynəlxalq hüququn kobud pozulmasıdır - BMT

    24 Oktyabr 2025 15:10

    İsrailin məqsədi Qəzzanı yaşanılmaz hala gətirməkdir - İsrailli antropoloq

    24 Oktyabr 2025 12:47

    İran Qərb sahilinin ilhaq qərarını Fələstinin məhv planının bir hissəsi hesab edir

    24 Oktyabr 2025 09:39

    Beynəlxalq ictimaiyyətin əsas prioriteti Qəzzadakı atəşkəsi qorumaq olmalıdır - Türkiyə

    24 Oktyabr 2025 09:30

    İsrail ordusu atəşkəsə baxmayaraq Livanın Bəkaa bölgəsini bombalayıb

    23 Oktyabr 2025 15:50

    BMT Qəzzanın 61 milyon ton dağıntı altında qaldığını bildirib

    23 Oktyabr 2025 15:33

    Qəzzada Beynəlxalq Sabitlik Gücünün yaradılması planlaşdırılır - Türkiyə MN

    23 Oktyabr 2025 13:09
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Rusiyaya dəri ixracı 59 milyon dolları keçib (ÖZƏL)

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    Qətər BMT Nizamnaməsinə sadiqliyini bir daha təsdiqləyib

    “Dəmir qadın” Sanai Takaiçi - Yaponiyanın ilk qadın baş naziri

    İran XİN Qazaxıstanın Respublika Günü münasibətilə təbrik edib

    Ərəb miqrantları və ABŞ - Kök salan icmaların tarixi

    Trabzonspor Eyüpspor qarşısında qalibiyyət seriyasını uzatmaq istəyir

    Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb

    Türkiyənin Bodrum limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Tramp Kim ilə görüşəcək ?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.