Əsas səhifə » Emiliano Martines Mançester Yunaytedə keçməyə yaxındır

Emiliano Martines Mançester Yunaytedə keçməyə yaxındır

BAKI,AzerVoice

İngiltərənin Aston Villa klubunun və Argentina millisinin qapıçısı Emiliano Martines yay transfer pəncərəsinin sürpriz addımlarından biri ola bilər.

AzerVoice xəbər verir ki, təcrübəli qapıçının Mançester Yunaytedə keçidi demək olar ki, reallaşmaq üzrədir.

32 yaşlı qapıçının Aston Villa ilə müqaviləsində 25 milyon avro (təxminən 22 milyon funt sterlinq) dəyərində sərbəstqalma maddəsi var. Bu məbləğ “qırmızı şeytanlar” üçün olduqca sərfəli sayılır. Lakin Mançester klubu danışıqlarda daha yüksək məbləğ təklif etməyə və ödənişi hissə-hissə həyata keçirməyə hazırdır.

Bu taktika həm Aston Villa ilə razılaşmanı asanlaşdırmaq, həm də Türkiyə və Səudiyyə Ərəbistanından gələn rəqib maraqları dəf etmək məqsədi daşıyır.

Martines hələlik Aston Villa ilə mövsümöncəsi məşqlərə qatılıb, futbolçu artıq Mançester Yunaytedə keçid üçün hər şeyi hazır vəziyyətə gətirib.

Qeyd edək ki, Martinesin Aston Villa ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Buna baxmayaraq, dünya çempionu yeni bir çağırışı qəbul etməyə hazır görünür. Əgər transfer baş tutarsa, o zaman Kamerunlu qapıçı Andre Onananın zədələndiyi bir vaxtda əsas qapıçı mövqeyi Emiliano Martinesə həvalə ediləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice