Əsas səhifə » Lukas Vaskes Real Madridlə Vidalaşır

Lukas Vaskes Real Madridlə Vidalaşır

BAKI, AzerVoice

Real Madrid klubu uzun illər komandada çıxış edən Lukas Vaskeslə yollarını ayırmağa hazırlaşır.

AzerVoice xəbər verir ki, klubun yaydığı rəsmi açıqlamada 34 yaşlı ispaniyalı futbolçu üçün vida mərasimi keçiriləcəyi bildirilib.

Mərasim iyulun 17-də klub prezidenti Florentino Peresin iştirakı ilə baş tutacaq. Real Madrid açıqlamasında Vaskesin xidmətlərini yüksək qiymətləndirərək onun klub tarixində əvəzolunmaz yerə sahib olduğunu vurğulayıb.

“Lukas Vaskes klubumuzun əfsanələrindən biridir. Onun sədaqəti, peşəkarlığı və komandamıza verdiyi töhfələr heç vaxt unudulmayacaq”- deyə klubdan bildirilib.

Lukas Vaskes Real Madridin akademiyasına 2007-ci ildə, 16 yaşında qoşulub. 2014/15 mövsümünü Espanyolda icarə əsasında keçirdikdən sonra 2015-ci ildə əsas komandaya qayıdıb. Həmin vaxtdan bəri o, komandada həm hücum, həm də müdafiə xəttində çox yönlü oyun nümayiş etdirərək məşqçilərin etimadını qazanıb.

Son on mövsümdə Vaskes Real Madrid forması ilə ümumilikdə 402 oyuna çıxıb və komandanın qazandığı bir çox titullarda – o cümlədən UEFA Çempionlar Liqası, La Liqa və Klublararası Dünya Çempionatı turnirlərində – mühüm rol oynayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice