Əsas səhifə » Ademola Lookman İnterlə şəxsi razılığa gəldi – Atalanta qiymətdə israr edir

Ademola Lookman İnterlə şəxsi razılığa gəldi – Atalanta qiymətdə israr edir

BAKI, AzerVoice

Ademola Lookman İtaliyanın İnter klubu ilə şəxsi razılığa gəlib, lakin Milan təmsilçisinin verdiyi təklif Atalantanın tələblərini hələ ki qarşılamır.

AzerVoice xəbər verir ki, Lookman İnterlə şəxsi şərtlərdə razılaşıb və bu keçidin baş tutması üçün təzyiq göstərir.

Lakin İnterin 45 milyon avroluq təklifi Atalantanın müəyyən etdiyi 60 milyon avro qiymətindən xeyli aşağıdır. Berqamo təmsilçisi İtaliya daxilində transferlər üçün bu məbləğdə israrlıdır.

Transferin reallaşması üçün İnterin, albaniyalı yarımmüdafiəçi Kristyan Asllanini də əhatə edən oyunçu+pul formasında bir təklif paketi təqdim edəcəyi gözlənilir. Bu strategiya Atalanta rəhbərliyini razı salmaq məqsədi daşıyır.

Xatırladaq ki, Lookman Avropa Liqasının finalında Bayer Leverkuzenə qarşı vurduğu het-trikdən sonra dünya klublarının diqqətini çəkib. İspaniyanın Atletiko Madrid klubu baş məşqçi Dieqo Simeonenin hücum xəttini gücləndirmək planı çərçivəsində Lookmanı transfer etmək istəyir. İngiltərə Premyer Liqası təmsilçisi Arsenal da futbolçunun xidmətində maraqlıdır.

Digər Kateqoriyalar

2025 © Azervoice