Əsas səhifə » PUA tədarükü barədə ABŞ-la razılığa gəldik - Ukrayna Prezidenti

PUA tədarükü barədə ABŞ-la razılığa gəldik - Ukrayna Prezidenti

BAKI, AzerVoice

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-la yüz minlərlə pilotsuz uçuş aparatı (PUA) tədarükünə dair razılıq əldə olunduğunu açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə o, "Telegram" kanalında paylaşım edib.

“Dronlarla bağlı da amerikalı tərəfdaşlarla birgə işin əhəmiyyətli dərəcədə inkişaf etməsinə dair razılıq əldə etdik. Bu, Ukraynaya artıq bu il xüsusi şərtlərlə yüz minlərlə dron, gələn il isə bundan da çox sayda dron əldə etməyə imkan verəcək” – deyə, Zelenski bildirib.

O vurğulayıb ki, Ukrayna üçün ən böyük prioritet dron-interseptorların, yəni düşmən dronlarını zərərsizləşdirən PUA-ların tədarüküdür.

Qeyd edək ki, iyulun 4-də Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını və bu söhbəti “çox vacib və faydalı” adlandırmışdı.

Zelenskinin sözlərinə görə, o, ABŞ-ın davamlı sülhün bərpası üçün göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və Trampla hava hücumundan müdafiə sistemləri (HHM), birgə silah istehsalı, qarşılıqlı satınalmalar və investisiyalar barədə danışıb.

Digər Kateqoriyalar

2025 © Azervoice