12
BAKI, AzerVoice
Uruqvaylı futbolçu Luis Suaresin MLS təmsilçisi "İnter Mayami"dən mövsüm sonunda ayrılmaq istədiyi iddia olunub.
AzerVoice xəbər verir ki, mövcud müqaviləsi bu ilin dekabr ayında başa çatacaq Suareslə klubun yeni müqavilə imzalamağı düşünmədiyi bildirilir.
Ulduz futbolçunun gələcəyi qeyri-müəyyən olaraq qalır və onun futbol karyerasını başa vurması da gündəmdədir.
Suaresin gedməsi, "İnter Mayami"nin maliyyə strukturunu balanslaşdırmaq baxımından önəmli sayılır. Komandanın ən yüksək maaş alan oyunçularından biri olan Suares, bu mövsüm 25 oyunda çıxış edərək 9 qol və 10 assistlə yadda qalıb.