Əsas səhifə » BƏƏ-dən İstanbula gedən təyyarə Ankara hava limanına təcili eniş edib

BƏƏ-dən İstanbula gedən təyyarə Ankara hava limanına təcili eniş edib

BAKI, AzerVoice

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) İstanbula gedən "AirArabia" Hava Yollarına məxsus sərnişin təyyarəsi, mühərrikində baş verən nasazlıq səbəbilə Ankaranın Esenboğa Hava Limanına təcili eniş edib.

AzerVoice-un məlumatına görə, “ABY287” reysi ilə uçan "Airbus A320-214" tipli sərnişin təyyarəsinin sol mühərriki uçuş zamanı nasazlığa uğrayaraq dayanıb.

Bundan sonra təyyarənin kapitan pilotu Ankara Esenboğa Hava Limanına istiqamətlənərək təcili vəziyyət elan edib. Təyyarə tək mühərriklə problemsiz şəkildə uçuş-enmə zolağına enişini tamamlayıb.

Daxilində 144 sərnişin və ekipaj üzvünün olduğu bildirilən təyyarə xilasetmə qruplarının müşayiəti ilə təhlükəsiz dayanacaq sahəsinə çəkilib.

Sərnişinlərin təyyarədən təxliyə edilərək terminala alındığı bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice