BAKI, AzerVoice
Türkiyənin Kocaeli vilayətində meşə yanğını baş verib.
AzerVoice-un məlumatına görə, bu barədə türk KİV-ləri məlumat yayıb.
Yanğın Kocaeli vilayətinin Derince rayonunda, meşəlik ərazidə hələlik məlum olmayan səbəbdən başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə və meşə mühafizə qrupları cəlb olunub.
Yanğına ümumilikdə 141 nəfər şəxsi heyət, eləcə də helikopter, su çiləyici maşınlar və iş texnikası daxil olmaqla 61 vasitə ilə müdaxilə edilib.
Yanğın havadan və qurudan həyata keçirilən müdaxilə nəticəsində nəzarət altına alınıb. Hazırda ərazidə yanğının verdiyi zərər müəyyənləşdirilir.
Əraziyə Kocaeli valisi İlhami Aktaş, Böyükşəhər Bələdiyyə Başçısı Tahir Büyükakın və digər rəsmi şəxslər baş çəkərək vəziyyətlə tanış olublar.