BAKI,AzerVoice
Süleyman Dəmirəl Universiteti Tibb Mərkəzinin Sağlamlıq Araşdırma və Tətbiq Xəstəxanası tərəfindən cərrahi alət alışı üçün yeni tender elan olunub.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender 17 hissədən ibarət olmaqla ümumilikdə 644 növ cərrahi aləti əhatə edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 18 iyul 2025-ci il tarixinə qədər "Doğu Yerleşkesi Isparta Merkez/Isparta" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir