12
BAKI, AzerVoice
Türkiyə ilə Rusiya arasında “Türk-Rus Ticarət və İqtisadi Əməkdaşlığa dair Hökumətlərarası Qarışıq Komissiya (KEK)” protokolu imzalanıb.
AzerVoice xəbər verir ki, Rusiya paytaxtı Moskvada keçirilən görüşdə Türkiyənin ticarət naziri Ömər Bolat və Rusiyanın baş nazir müavini Aleksandr Novakın rəhbərliyi ilə nümayəndə heyətləri bir araya gəlib.
İki ölkə arasında iqtisadi və ticari məsələlərin müzakirə olunduğu görüşdən sonra təşkil edilən rəsmi mərasimdə Bolat və Novak KEK protokoluna imza atıblar.
Nazir Bolat açıqlamasında bildirib ki, imzalanan sənəd Türkiyə-Rusiya ticarət və iqtisadi münasibətləri üçün bir yol xəritəsi rolunu oynayacaq.