BAKI,AzerVoice
2025 FIFA Klublararası Dünya Çempionatının D qrupunda baş tutan oyunlarda İngiltərənin Çelsi klubu və Braziliyanın Flamenqo klubu 1/8 finala yüksəlib.
AzerVoice xəbər verir ki, Çelsi klubu Tunisin Esperance Tunis komandasını 3:0 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Flamengo klubu isə ABŞ təmsilçisi Los Angeleslə 1:1 hesablı heç-heçə edərək qrup mərhələsini lider kimi tamamlayıb.
Esperance Tunisə qarşı oyunda Çelsinin qollarını 45+3-cü dəqiqədə Tosin Adarabioyo, 45+5-ci dəqiqədə Liam Delap və 90+7-ci dəqiqədə Tyrique George vurub. Bu nəticə ilə London klubu 6 xalla qrup ikincisi olub və 1/8 finalda Portuqaliyanın Benfica klubu ilə qarşılaşacaq.
Digər görüşdə Flamengo ilə Los Angeles arasında bərabərlik qeydə alınıb. Braziliya klubunun qolunu 84-cü dəqiqədə Denis Bouanga vurub. Cəmi iki dəqiqə sonra, 86-cı dəqiqədə Wallace Yan Los Angelesin bərabərlik qoluna imza atıb.
Flamengo qrup mərhələsini 7 xalla birinci pillədə başa vuraraq növbəti mərhələdə Almaniyanın Bavariya klubu ilə qarşılaşacaq.