BAKI, AzerVoice
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, bu gün etibarilə bağlı hava sahələri ilə əlaqədar; İran şərqindəki Məşhəd şəhərində hava məkanının beynəlxalq uçuşlar üçün açıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, Nazir Uraloğlu İranda bağlanan hava məkanları ilə bağlı son durumu sosial media hesabından paylaşıb.
"Bağlı olan hava məkanları ilə əlaqədar olaraq, 27 iyun cümə günü etibarilə:
Məşhəd–İstanbul xətti üzrə, İranlı hava daşıyıcıları tərəfindən
İstanbul istiqamətində uçuşlar bu gündən etibarən yenidən
başlayacaq.
Bu uçuşlarla birlikdə, 15 günlük fasilədən sonra Türkiyə–İran hava
nəqliyyatı da qismən olaraq yenidən açılmış olacaq.
“İranla uçuşların qarşılıqlı şəkildə tam normala dönməsi üçün işlərimiz davam edir.”
İranın qərbində yerləşən Tehran və Təbriz şəhərlərinin hava məkanı isə hələ də bağlı qalacaq və mövcud məhdudiyyət 2 iyul çərşənbə gününə qədər davam edəcək.
İran ərazisində qalan təyyarələrimizin xüsusi icazə ilə ölkəmizə gətirilməsi məsələsində İran rəsmiləri ilə danışıqlarımız davam edir.
Həm İranla qarşılıqlı uçuşların tam normallaşması, həm də İranda olan təyyarələrimizin ən qısa zamanda ölkəmizə qaytarılması üçün fəaliyyətlərimiz davam edir.