BAKI,AzerVoice
Argentinalı ulduz Lionel Messinin komandası İnter Mayami Klublararası Dünya Çempionatının pley-off mərhələsində PSJ ilə qarşılaşacaq.
AzerVoice xəbər verir ki, turnirin reqlamentinə əsasən, A qrupunun birincisi B qrupunun ikincisi ilə qarşılaşır.
İnter Mayami top fərqinə görə Palmeyrası irəli buraxıb və buna görə PSJ ilə qarşılaşacaq.
Xatırladaq ki, 2021–2023-cü illərdə İnterin lideri, argentinalı hücumçu Lionel Messi məhz bu fransız klubunun PSJ-nin formasını geyinib. Messinin sabiq klubuna qarşı oyunu 29 iyun tarixində keçiriləcək.
Həmçinin qeyd edək ki, Klublararası dünya çempionatı ABŞ-da 15 iyun – 14 iyul tarixləri arasında baş tutur. Turnir tarixində ilk dəfədir ki, 32 komanda iştirak edir. Onlar 8 qrupa bölünüb və pley-off mərhələsinə yüksəlmək uğrunda mübarizə aparırlar. 2025-ci il üçün turnirin ümumi mükafat fondu bir milyard dollar təşkil edir.