Əsas səhifə » Qaret Beyl "Kardiff Siti" klubunu almaq istəyir

Qaret Beyl "Kardiff Siti" klubunu almaq istəyir

BAKI, AzerVoice

Real Madridin sabiq ulduzu Qaret Beyl doğma şəhərinin futbol klubu olan Kardiff Sitini satın almaq istədiyini rəsmən təsdiqləyib.

AzerVoice xəbər verir ki, 35 yaşlı ulduz futbolçunun rəhbərlik etdiyi konsorsium artıq klubun hazırkı sahibinə maliyyə zəmanəti ilə rəsmi təklif məktubu göndərib.

“Kardiff Sitini almaq istəyirik. Bu, mənim doğulduğum şəhərdir. Mən orada böyümüşəm. Dayım bu komandanın heyətində oynayıb. Bu klub mənim üçün çox dəyərlidir. Mən inkişaf edən Kardiffin bir parçası olmaq, onu layiq olduğu Premyer Liqaya qaytarmaq istəyirəm. Azarkeşlərin nə qədər möhtəşəm olduğunu bilirəm. Birlikdə çalışaraq böyük uğurlara imza ata biləcəyimizə inanıram”- deyə o bildirib.

2023-cü ilin yanvarında peşəkar futbolla vidalaşan Qaret Beyl Real Madrid klubu ilə 5 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə isə La Liqanın çempionu olub. Uels millisində 111 oyunda forma geyinən Beyl ölkə tarixinin ən tanınmış futbolçularından sayılır.

Qeyd edək ki, "Kardiff Siti" 2024/25 mövsümündə İngiltərə Çempionşipində 24-cü yeri tutub və mövsümü uğursuz nəticələrlə başa vurub. Beylin bu təşəbbüsünün klubun gələcəyinə yeni nəfəs verəcəyi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice