BAKI, AzerVoice
Almaniyanın "Bayern" Münhen futbol klubu Klublararası Dünya Çempionatının qrup mərhələsinin ilk turunda Yeni Zelandiyanın "Oklend Siti" klubunu 10:0 hesabı ilə darmadağın edib.
AzerVoice xəbər verir ki, oyun ABŞ-ın Sinsinnati şəhərində keçirilib.
Qalib komandanın heyətində Kinqsli Koman (6 və 22-ci dəqiqələr), Saşa Boe (18), Maykl Olise (20 və 45+3), Tomas Müller (45 və 89), və Camal Musiala (68, 73-cü dəqiqədə penalti ilə və 84) fərqləniblər.
“The Straits Times” qəzetinin yazdığına görə, “Oklend Siti”nin bəzi oyunçularına turnirə qatılmaq üçün iş yerlərindən icazə verilməyib. Komandanın baş məşqçisi Pol Poza bildirib ki, futbolu əsas peşəsi olmayan bəzi oyunçular turnirə qoşula bilməyiblər.
"Bavariya"nın heyətində ilk oyununu keçirmiş müdafiəçi Conatan Tah bu ilin mayında “Bayer” Leverkuzen klubundan transfer olunub. O, 2021-ci ildən bu yana “Bayer”in heyətində çıxış edib və Almaniya çempionluğu, kuboku və superkubokunu qazanıb. Tah həmçinin Almaniya millisinin tərkibində 2016-cı il Avropa çempionatında bürünc medal qazanıb.
"C" qrupunda həmçinin Argentina təmsilçisi "Boka Xuniors" və Portuqaliyanın "Benfika" komandaları da yer alır. Növbəti turda "Bavariya" "Boka Xuniors"la qarşılaşacaq, "Oklend Siti" isə iyunun 20-də "Benfika" ilə üz-üzə gələcək.
Qeyd edək ki, Klublararası Dünya Çempionatı ilk dəfədir ki, ABŞ-da və 32 komandanın iştirakı ilə keçirilir. Komandalar səkkiz qrupa bölünüb. Qruplarda ilk iki yeri tutan komandalar 1/8 finala yüksələcək. Turnirin final oyunu iyulun 13-də baş tutacaq.