BAKI, AzerVoice
Leroy Sane transferi ilə yeni mövsümə güclü başlayan Qalatasaray rəhbərliyi, növbəti hədəfini müəyyənləşdirib.
AzerVoice xəbər verir ki, sarı-qırmızılı klub, yarımüdafiəni gücləndirmək üçün 34 yaşlı alman ulduzu İlkay Gündoğanla danışıqları davam etdirir.
Gündoğan Qalatasaraya keçidə müsbət baxır və futbol karyerasını Türkiyədə başa vurmaq istəyir. İstanbul təmsilçisi bu transferi illik 4-5 milyon avro arası maaşla reallaşdırmağı planlaşdırır.
Əgər razılaşma əldə olunarsa, tərəflər arasında 2 illik müqavilə imzalanacaq. Futbolçunun hazırda Mançester Siti ilə bir illik müqaviləsi var və o, FIFA Klub Dünya Çempionatının iştirakçı heyətinə də daxil edilib.
Galatasaray rəhbərliyi transfer üçün Siti klubuna ödəniş etmədən oyunçunun sərbəst qalmasını gözləyir.
Səudiyyə Ərəbistanı klublarının marağına baxmayaraq, Gündoğanın əsas prioriteti Qalatasaray olaraq qalır.