BAKI, AzerVoice
Hollandiyanın "Eredivisie" liqasının komandalarından "Ayaks", baş məşqçi postuna Con Heytinqanı təyin edib.
AzerVoice xəbər verir ki, bu barədə klubun verdiyi açıqlamada deyilir.
Açıqlamaya əsasən, hollandiyalı baş məşqçi ilə iki illik müqavilə imzalanıb.
Klubun mətbuatına açıqlama verən Heytinqa, başlamaq üçün həyəcanlı olduğunu deyib.
"İngiltərədəki son illər mənim üçün çox yaxşı keçdi. Deyvid Moyes və Arni Slot ilə birlikdə daha da inkişaf etdim. Baş məşqçi olaraq davam etməyə hazıram və "Ayaks" klubunun bu fürsəti mənə verdiyinə görə fəxr edirəm", - o vurğulayıb.
Arni Slotun "Liverpul"da köməkçisi kimi fəaliyyət göstərən hollandiyalı mütəxəssis 2023-cü ildə altı aylıq müddətdə "Ayaks"ın müvəqqəti baş məşqçisi vəzifəsini də icra edib.
Futbolçu karyerasında "Ayaks" ilə yanaşı, "Atletiko Madrid", "Everton", "Fulhem" və "Herta Berlin" klublarında da oynayan Con Heytinqa "Ayaks"da müxtəlif yaş qruplarında məşqçi kimi də çalışıb.