14
BAKI, AzerVoice
Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı İsrailin Ben Qurion hava limanına raket zərbəsi endirib və pilotsuz uçuş aparatları (PUA) ilə ölkədə üç hədəfi vurub.
AzerVoice xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriə məlumat verib.
"İşğal olunmuş Yaffo bölgəsində (Təl-Əviv nəzərdə tutulur – red.) yerləşən Lod (Ben Qurion) hava limanına hipersəsli ballistik raketlə zərbə endirilib" – deyə o, husilərə məxsus "Al Masirah" telekanalının efirində bildirib.