Əsas səhifə » Erik ten Haq Bayerin baş məşqçisi oldu

Erik ten Haq Bayerin baş məşqçisi oldu

BAKI, AzerVoice

Almaniyanın Bayer Leverkuzen futbol klubu yeni baş məşqçisini rəsmən açıqlayıb.

AzerVoice xəbər verir ki, Niderland əsilli təcrübəli mütəxəssis Erik ten Haq, Xabi Alonsonun yerinə təyin edilib.

Ten Haq ilə klub arasında 2027-ci ilin 30 iyun tarixinədək qüvvədə olacaq müqavilə imzalanıb. Müqavilə 1 iyul tarixindən etibarən qüvvəyə minəcək.

55 yaşlı Erik ten Haq son olaraq İngiltərənin Mançester Yunayted klubunda baş məşqçi vəzifəsində çalışıb. O, bu klubla birlikdə İngiltərə Kuboku və Liqa Kubokunu qazanmağa nail olub. Ten Haq 2024-cü ilin oktyabr ayında klubdan ayrılıb.

Ten Haq daha əvvəl Utrext və Ayaks komandalarında da məşqçilik fəaliyyəti göstərib və xüsusilə Ayaksla Avropa miqyasında uğurlu çıxışları ilə yadda qalıb.

Digər Kateqoriyalar

2025 © Azervoice