13
BAKI, AzerVoice
Azərbaycan idmançısı Əminə Əliyeva İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında çempion olub.
AzerVoice xəbər verir ki, foto və videoları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öz İnstaqram səhifəsində paylaşıb.
11 yaşlı idmançı yüngül sanda növündə rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.