9
BAKI, AzerVoice
Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
AzerVoice xəbər verir ki, bununla bağlı bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon söhbəti zamanı razılıq əldə edilib.
Telefon söhbəti əsnasında ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Hökumətlərarası Komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub.