19
BAKI,AzerVoice
UEFA Çempionlar Liqasının 1/2 final mərhələsi çərçivəsində, Barcelona doğma meydanda İnteri qəbul edəcək.
AzerVoice xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıblar. Barcelonanın meydanında oynanan görüş 3-3 hesabı ilə başa çatıb. İnter isə öz meydanında 1-0 hesabı ilə qalib gəlib.
Görüşü Fransadan olan hakimlər heyəti idarə edəcək.
Qeyd edək ki, Barcelona, 1/8 final mərhələsində Benfikanl, 1/4 final mərhələsində isə Borussiya Dortmundu məğlub edərək bu mərhələyə yüksəlib.
İnter isə ardıcıl olaraq Feynord və Bavariyanı klublarını məğlub edərək 1/2 finala vəsiqə qazanıb.