Əsas səhifə » Makron Çin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Makron Çin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

BAKI, AzerVoice

Fransa Prezidenti Emmanuel Makron Çin Xarici İşlər Naziri Van i ilə görüş keçirib.

AzerVoice xəbər verir ki, görüş Yelisey sarayında baş tutub.

Görüş zamanı Makron Van İdən Çin Prezidenti Si Cinpinə onun ən xoş arzularını çatdırmağı xahiş edib və Fransa ilə Çinin beynəlxalq hüququn qorunması da daxil olmaqla bir çox mühüm məsələdə ortaq mövqedə olduqlarını bildirib.

Makron vurğulayıb ki, Fransa Çinlə beynəlxalq iqtisadi və maliyyə məsələlərində siyasi koordinasiyanı gücləndirməyə ümid edir və münasib vaxtda Çinə səfər etməyi planlaşdırır.

Öz növbəsində Van İ bildirib ki, Çin Fransa ilə strateji kommunikasiyanı və birgə əməkdaşlığı gücləndirməyə hazırdır.

Tərəflər, həmçinin Ukraynadakı vəziyyəti, Qəzzadakı humanitar durumu, İranın nüvə proqramını və digər məsələləri müzakirə ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice