Əsas səhifə » Rusiyada təyyarə qəzası nəticəsində yaralıların sayı artıb (ƏLAVƏ OLUNUB)

Rusiyada təyyarə qəzası nəticəsində yaralıların sayı artıb (ƏLAVƏ OLUNUB)

BAKI, AzerVoice

Rusiyada AN-2 təyyarəsinin sərt enişi nəticəsində xəsarət alanların sayına dair məlumat dəqiqləşdirilib.

AzerVoice xəbər verir ki, bu barədə Zabaykal vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yenilənmiş məlumatlara əsasən, ümumilikdə 10 nəfər xəsarət alıb, onlardan 2-nin vəziyyəti ağırdır.

Bundan əvvəl Nazirlik 8 nəfərin xəsarət aldığını bildirmişdi.

x x x

Rusiyanın Çita şəhərində An-2 təyyarəsinin sərt enişi nəticəsində 8 nəfər xəsarət alıb.

AzerVoice rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Zabaykal vilayətinin səhiyyə naziri məlumat verib.

Bildirilib ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Digər Kateqoriyalar

2025 © Azervoice