Bakı,AzerVoice
Türkiyənin Fenerbahçe klubunun futbolçusu Ferdi Kadıoğlu, İngiltərənin Brayton klubunun təklifini qəbul edib.
AzerVoice xəbər verir ki, karyerasını Premyer Liqada davam etdirmək istəyən Ferdi İngiltərə komandasının təklifini qəbul edib.
Futbolçunun meneceri Fenerbahçe rəhbərliyinə maliyyə məsələlərində Braytonla razılaşdıqlarını bildirib.
İngiltərə komandası həftənin əvvəlində Ferdi üçün bonuslar da daxil olmaqla 35 milyon avro rəsmi təklif etmişdi. Fənərbaxçanın bonuslar istisna olmaqla, zəmanət haqqının artırılmasını tələb etdiyi müəyyən edilib.
Qeyd edək ki, Ferdi Kadıoğlu təxminən 30-35 milyon avroya Braytona transfer olunsa, rekord qıracaq və adını Türkiyə futbol tarixinə yazacaq. Fenerbahçenin futbolçusu Avropaya ən yüksək transfer haqqı ilə transfer edilən türk futbolçuların siyahısında ilk sırada yer alacaq.
