İtalyanın Bolonya klubunda çıxış edən Ricardo Calafiori Arsenala transfer olub.
AzerVoice xəbər verir ki, bu barədə Fabrizio Romano X sosial media hesabında paylaşım edib.
Arsenal və Bolonya klubları açıqlanan razılaşmanın ardından transfer ilə əlaqəli detalları mətbuata təqdim ediblər. İngiltərə təmsilçisi Calafiori üçün 50 milyon avro ödəyəcək.
Futbolçu bu gün həkim müayinəsindən keçmək üçün ABŞ-a gedib.
Qeyd edək ki, 22 yaşlı futbolçu karyerasına İtaliyanın Roma klubunda başlayıb.
Kareyerası ərzində Cenoa, Basel, Bolonya kimi klubların şərəfini qorumuşdur.