Almaniyada keçirilən AVRO-2024-ün qrup mərhələsi davam edir.
VOA İdman.biz-ə istinadən xəbər verir ki, bu gün B qrupunda I tura yekun vurulub.
Günün son matçında İtaliya ilə Albaniya qarşılaşıb. "Olüm qrupu"nun Dortmundda baş tutan oyununda son çempion qələbə qazanıb. Erkən qol buraxan italiyalılar ardıcıl 2 dəfə fərqləniblər. İtaliya yığması 16 dəqiqəyə hesabda önə keçib və üstünlüyünü sonadək qoruyub saxlayıb.
Qeyd edək ki, qrupun digər matçında İspaniya Xorvatiyaya qalib gəlib.
AVRO-2024 Qrup mərhələsi, I tur 15 iyun, B qrupu 23:00. İtaliya – Albaniya - 2:1 Qollar: Alessandro Bastoni, 11. Nikola Barella, 16 - Nedim Bayrami, 1 Baş hakim: Feliks Zvayer (Almaniya) Dortmund. Vestfalenstadioion